ÇL-da həftənin ən yaxşı futbolçusu adına namizədlər AÇIQLANDI
1 dəqiqəyə oxunur
Share
Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub.
Arazmedia.az xəbər verir ki, qrup mərhələsinin IV tur matçlarından sonra UEFA iddiaçıları açıqlayıb.
Qitə futbol qurumu həmişəki kimi, 4 oyunçunu fərqləndirib. Pedro Qonçalves (“Sportinq”), Kriştiano Ronaldo (“Mançester Yunayted”), Paulo Dibala (“Yuventus”) və Robert Levandovskidir (“Bavariya”).
Qalib azarkeşlər arasında aparılan səsvermə nəticəsində müəyyənləşəcək.