DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Hadisə

Qaxda meşəlik ərazidə yanğın BAŞLADI

1 dəqiqəyə oxunur

Bu gün səhər saat 07 radələrində Qax rayonu Güllük kənd inzibati ərazisində, yüksək dağlıq-meşəlik ərazidə yanğın qeydə alınıb.

Arazmedia.az xəbər verir ki, yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Qax və Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissələrinin texnikaları və şəxsi heyətləri, yerli sakinlər və müvafiq qurum nümayəndələri cəlb edilib.

İlkin məlumata görə, yanğına səbəb gecə saatlarında yanğın baş verən ərazidə irigövdəli ağacı ildırım vurması olub.

Hazırda dağlıq-meşəlik ərazidəki yanğın nəzarətə götürülüb, söndürülmə prosesi aparılır.