İstanbul İl Təhlükəsizlik Müdirlikləri tərəfindən aparılan araşdırmalar nəticəsində, terrorla əlaqədar axtarılanlar siyahısında narıncı rəngli kateqoriyada olan “Rodi Çevlik” saxlanılıb.
Arazmedia.az xəbər verir ki, o, İstanbulun Ataşehir rayonunda gizləndiyi evində polis tərəfindən həbs edilib.
“Rodi Çevlik” 11 fərqli cinayətə görə axtarışda idi. Onun 9 oktyabr 2014 -cü il tarixində Bingöl İl Təhlükəsizlik Müdiri və 2 mühafizəçinin yaralandığı, 7 polis əməkdaşının öldüyü, bombalı avtomobillə hücumu təşkil edən təşkilat üzvləri arasında olduğu bildirilib.