“Barselona”nın qapıçısı Neto klubdan ayrılmaq istəyir.
Arazmedia.az xəbər verir ki, bu barədə RAC-1 telekanalı məlumat yayıb.
32 yaşlı qolkiper artıq qərarı ilə bağlı klub rəhbərliyini məlumatlandırıb.
Neto rəhbərliyə bildirib ki, daimi olaraq Mark Andre ter Ştegenin əvəzedicisi olmaq niyyətində deyil.
Ancaq “Barselona” Netonu pulsuz buraxmaq niyyətində deyil. Belə ki, kataloniyalılar klubu erkən tərk etmək istəyən qapıçıdan 15 milyon avro tələb edir.