İspaniya La Liqasının 35-ci turunda “El Klasiko” baş tutub. Arazmedia.az xəbər verir ki, “Barselona” evdə “Real Madrid”i qəbul edib. Görüş Kataloniya təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları Ferran Torres və Markus Reşford vurublar. Xallarını 91-ə çatdıran “Barselona” mövsümün bitməsinə 3 tur qalmış çempionluğu təmin edib. “Real Madrid” isə 77 xalla ikinci pillədə qərarlaşıb. Share