DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Hadisə

Su kanalında batan 16 yaşlı gəncin meyiti tapıldı – YENİLƏNİB

1 dəqiqəyə oxunur

Lənkəran şəhərinin Nərimanabad kəndində su kanalında batan 2005-ci il təvəllüdlü Qasımov Rəşad Vüsal oğlunun axtarışları başa çatıb.

Arazmedia.az  Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, R.Qasımovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

***18:51

Lənkəranda su kanalında boğulma hadisəsi qeydə alınıb.

Arazmedia.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. 

Nazirliyin “112” qaynar telefon xəttinə Nərimanabad kəndində 2005-ci il təvəllüdlü Qasımov Rəşad Vüsal oğlunun su kanalında batması barədə məlumat daxil olub. Hadisə yerinə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.

Hazırda meyitin axtarışları davam edir. Əlavə məlumat veriləcək.