Arazmedia.az-ın məlumatına görə, Bu gün rayon ərazisində koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Qəbələ şəhərinin prospekt və küçələri xüsusi məhlulla yuyulmuş, həmçinin yaşayış binaları və həyətlərində, gündəlik tələbat malları mağazaları və apteklərin giriş-çıxışlarında, digər təyinatlı iaşə obyektlərində, eləcə də bir necə müəssisədə sanitar-dezinfeksiya işləri aparılmışdır. Hazırda dezinfeksiya işləri davam etdirilir.