DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Hərbi Xəbərlər

Azərbaycan, Pakistan və Türkiyənin birgə hərbi təlimləri KEÇİRİLƏCƏK

1 dəqiqəyə oxunur

Bakıda Azərbaycan, Pakistan və Türkiyənin xüsusi təyinatlı qüvvələri nümayəndələrinin iştirakı ilə “Üç Qardaş – 2021” birgə təliminin yekun planlaşdırılması konfransı keçirilir.

Müdafiə Nazirliyindən Arazmedia.az-a verilən məlumata görə, tədbirdə təlimin proqramı, məqsədi, qarşıya qoyulan tapşırıqlar, iştirakçıların sayı və digər təşkilati məsələlər dəqiqləşdirilir.

“Üç Qardaş – 2021” beynəlxalq təliminin dost və tərəfdaş ölkələrin hərbi qulluqçularının sülh və müharibə dövründə əməliyyatlara hazırlanması, bilik və təcrübə mübadiləsinin aparılması üçün əlverişli mühitin yaradılmasına müsbət təsir göstərəcəyi qeyd olunub.

Konfrans avqustun 13-dək davam edəcək.