![](https://i0.wp.com/arazmedia.az/wp-content/uploads/2021/08/1628693194.modern.az-11.08.2021-1628692693.jpg?resize=620%2C440&ssl=1)
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ali təhsil müəssisələrinin bakalavriatura səviyyəsinə, o cümlədən ümumi (9 illik) və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul üçün keçirilən xüsusi qabiliyyət imtahanlarının tarixləri müəyyənləşib.
DİM-dən bildirilib ki, avqustun 13-də bədən tərbiyəsi (11 illik), musiqi sənəti (ali və 9 illik), təsviri sənət (ali, 11 illik) və teatr-kino-xoreoqrafiya (11 illik) istiqamətləri üzrə növbəti qabiliyyət imtahanları təşkil ediləcək.
Abituriyentlər imtahanların tarixi ilə “Qabiliyyət imtahanına buraxılış vərəqəsi”ndə tanış olmalıdırlar.