DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Dünya

Feysbuk “Vaksin insanları meymuna çevirir” deyən hesabları BAĞLADI

1 dəqiqəyə oxunur

Aparıcı sosial media platformalarından biri olan “Facebook” şiekəti koronavirus peyvəndi əleyhinə dezinformasiya yayan yüzlərlə hesabı bağlayıb.

Arazmedia.az xəbər verir ki, sözügedən hesablar Hindistan, Latın Amerikası və ABŞ-da aşkar edilib. 

Bildirilib ki, Qərbin istehsal etdiyi vaksinlərlə bağlı pul qarşılığında yanlış məlumatlar yayılır. “Facebook” hesab edir ki, bu kampaniya şəbəkəsi Qərb peyvəndlərini ləkələmək cəhdlərinin ikinci dalğasıdır. 

Bildirilib ki, sözügedən dezinformasiyaları yayan hesablar peyvəndin insanları meymuna çevirəcəyini paylaşırdılar. Bunun üçün onlar “Meymunlar Planeti” adlı filmdən çəkilmiş və dialoqlarla yazılmış görüntülərdən istifadə edib. 

Açıqlama zamanı, 65 “Facebook” və 243 “Instagram” hesabının bağlandığı qeyd edilib.