DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Cəmiyyət

Feysbuk üz tanıma sistemini ləğv etdi

1 dəqiqəyə oxunur

“Facebook” sosial şəbəkəsinin rəhbərliyi üz tanınması sistemindən imtina etmək qərarına gəlib.

Arazmedia.az TASS-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkənin sahibi olan “Meta” şirkətinin saytında dərc olunmuş məlumatda deyilir.

“Biz Facebook-un üz tanıma sistemini dayandırırıq. İstifadəçilər artıq foto və videolarda avtomatik aşkarlanmayacaq. Biz bir milyarddan çox insan üçün fərdi üz tanıma şablonlarını siləcəyik”, – deyə məlumatda bildirilir.

Sözügedən qərar istifadəçilərin biometrik məlumatların yayılması ilə bağlı şikayətindən sonra verilib.