“ŞƏHİDLƏR BULAĞI” NIN AÇILIŞI
Avqustun 6-da İmişli şəhərinin Sarıxanlı kəndində Vətən müharibəsində qəhrəmancasına şəhid olan 3 şəhid Musayev Alik Rafiq oğlu, Şahmarlı Vüsal Mərdan oğlu və Əsədli Cahid Zahid oğlunun adına tikilən “Şəhidlər bulağı” nın təntənəli açılışı olub. Açılışa şəhid ailələri, İmişli şəhər İcra hakimiyyətinin nümayəndələri, şəhərin axundu, şairə Manya Səxavətqızı və yüzlərlə kənd camaatı qatılıb. Tədbirin aparıcısı İsrafil Sarıxanlının tədbiri açıq elan etməsindən sonra axund şəhidlərin müqəddəs və yüksək məqamlarından söhbət açıb. Daha sonra şəhid ailələri lenti kəsərək bulağı istifadəyə veriblər. Hər 3 şəhidin valideyinləri öz çıxışlarında məğrur duruşları ilə bir daha şəhid adının ölməzliyini vurğulayıblar. Tədbir qonaqların çıxışları ilə davam edib. Sonda isə məktəblilər şəhidlərimizə ithaf olunan şeirləri səsləndiriblər. 6 avqust 3 şəhidin adının əbədiləşdirildiyi gün kimi tarixin yaddaşına həkk olunub.
Manya Səxavətqızı