Bakıda Hacı Zeynalabdin Tağıyevin heykəlinin açılışı ilə bağlı işlər davam etdirilir. Arazmedia.az xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib. O qeyd edib ki, heykəlin açılışı üçün hazırda heykəltəraşlar və mütəxəssislər tərəfindən hazırlıq işləri aparılır: “Hazırda proses davam edir. Ola bilər ki, yaxın günlərdə heykəlin açılışı olsun. İşlərin gedişi mütəxəssislərin fəaliyyətindən asılı olacaq.” Share