DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
İdman

“Bu, bütün Azərbaycanın qələbəsidir” – Rafael Ağayev

1 dəqiqəyə oxunur

“Bütün Azərbaycan xalqını təbrik edirəm. Mən bu gün yer tutmaya da bilərdim. Birinci və üçüncü də ola bilərdim. Amma evdən çıxanda buraya qızıl medal üçün gəlmişdim. Bəzi idmançılar kimi kimisə gözdən salmıram”.Arazmedia.az  xəbər verir ki, bu fikirləri Tokio-2020 Yay Olimpiya Oyunlarında gümüş medal qazanan Azərbaycan karateçisi Rafael Ağayev deyib.
75 kq çəki dərəcəsində çıxış edən idmançı bəzi idmançıların olimpiadaya gəzmək üçün gəldiyini bildirib: “Buna baxmayaraq mən qızıl medal üçün gəlmişdim. Təəssüflər olsun ki, gümüş medal qazandım”.
Təcrübəli karateçi finalda hakim haqqsızlığı ilə üzləşdiyini söyləyib: “Mən bəhanələri sevmirəm. Olan oldu. Bu günə də şükürlər olsun. Allahıma çox sağ ol, deyirəm. Fürstədən istifadə edib, bütün xalqımı təbrik edirəm. Bu yolda mənəvi və fiziki cəhətdən kimlər mənim yanımda olubsa onlara çox sağ ol deyirəm. Ölkəmizin prezidentinə təşəkkür edirəm. Hər zaman idmançılara qayğı göstərib. Federasiyamızın prezidenti Yaşar Bəşirova təşəkkürümü bildirirəm. Şəxsi müəllimim Füzuli Musayevə, yığmanın baş məşqçisi Qurban Tağıyev və ilk müəllimim Rafael Məmmədova da minnətdaram. Heç nəyi unutmaq olmaq. Bütün müəllimlərimi bağrıma basıram. Bu, tək mənim yox, bütün Azərbaycanın və türk millətinin qələbəsidir. Ruhdan düşmək olmaz. Bu gün axşam məşq edib, növbəti yarışa hazırlaşacağam”.