DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Hərbi Xəbərlər

Azərbaycan hərbi dənizçiləri beynəlxalq təlimdə iştirak edib

1 dəqiqəyə oxunur

Azərbaycan Respublikasının Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Qara dənizdə keçirilən “Minalara qarşı əks tədbirlər – Dalğıc hazırlığı” kursunda iştirak edib.

Müdafiə Nazirliyindən Arazmedia.az-a bildirilib ki, müxtəlif ölkələrin hərbi dənizçilərinin də iştirak etdiyi kursda minalara qarşı mübarizə üsulları, dənizdə antiterror əməliyyatları və infrastrukturun mühafizəsi mövzularında brifinqlər təqdim olunub və təcrübə mübadiləsi aparılıb.

Qeyd edək ki, hər il keçirilən bu kursun əsas məqsədi regional və qeyri-regional tərəfdaşlar arasında, eləcə də NATO ilə münasibətlərin qurulması və qarşılıqlı uzlaşmanın təkmilləşdirilməsidir.