DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!

Cəmiyyət

Göyçayda toy təşkilatçıları cərimələndi

1 dəqiqəyə oxunur

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı fərdi evlərdə təşkil edilən toy mərasimlərində karantin qaydalarının pozulduğu aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayonun Qaraxıdır kəndində Teymur Həmidov və Dəyanət Səlimova məxsus evlərdə keçirilən toy mərasimlərində 50 nəfərdən artıq qonağın iştirak etdiyi məlum olub. Aşkarlanan pozuntularla bağlı həmin şəxslər inzibati məsuliyyətə cəlb edilərək cərimələniblər.