DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Hadisə

Göyçayda çətənə bitkiləri yetişdirən şəxs saxlanıldı – FOTO

1 dəqiqəyə oxunur

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin tutularaq məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat tədbiri keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Arazmedia.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında keçirilən tədbir zamanı əvvəllər məhkum olunmuş Bığır kənd sakini Azad Cəlilov saxlanılıb və şəxsi axtarış zamanı ondan qurudulmuş marixuana aşkarlanıb.

Azad Cəlilovun yaşadığı ünvana baxış keçirilən zaman isə oradan ümumi çəkisi 300 qrama yaxın qurudulmuş marixuana, eləcə də evin zirzəmisindən aqrotexniki qulluq göstərilmiş 16 ədəd çətənə bitkisi və 63 ədəd həmin narkotik tərkibli bitkinin şitilləri aşkar edilərək götürülüb. Götürülmüş maddi sübutlar müvafiq ekspertizaya göndərilib və faktla bağlı Polis Şöbəsində araşdırmalar davam etdirilir.