DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!

Cəmiyyət

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ!

1 dəqiqəyə oxunur

Azərbaycan dili, alman dili, fizika, fiziki tərbiyə, fransız dili, kimya, informatika, riyaziyyat, rus dili və ədəbiyyatı, texnologiya və təsviri incəsənət fənləri üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsində iştirak edən namizədlər üçün vakansiya seçimi başlayıb.

Arazmedia.az-ın məlumatına görə, namizədlər saat 11:00-dan etibarən şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimi edə bilərlər.

Bu ildən etibarən ilk dəfə olaraq müəllimlərin işə qəbulu müsabiqəsində informatika fənni üzrə iştirak etmiş namizədlərə “Rəqəmsal bacarıqlar” layihəsi üzrə də vakansiya seçmək imkanı verilib. Onlar şəxsi səhifələrinə daxil olaraq layihə üzrə çıxarılan vakansiyaları seçə bilərlər.

Vakansiya seçimi prosesi 6 avqust saat 10:59-dək davam edəcək.