DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!

Cəmiyyət

COVID-19 pasportunu yoxlayan tətbiq hazırlandı

1 dəqiqəyə oxunur

Elektron Hökumətin İnkişafı Mərkəzi COVID-19 pasportlarının yoxlanılması üçün xüsusi mobil tətbiq hazırlayıb.

Arazmedia.az xəbər verir ki, mərkəzin direktoru Fariz Cəfərov bildirib ki, mobil tətbiq sentyabrın 1-dən etibarən istifadəyə veriləcək.

Tətbiqdən Nazirlər Kabinetinin qərarı ilə nəzərdə tutulan qurumların və müəssisələrin icazə.e-gov.az portalı üzərindən müəyyən edilmiş səlahiyyətli şəxsləri istifadə edəcəklər.

Vətəndaşın COVID-19 pasportunun QR kodunu oxutmaqla və ya şəxsiyyət vəsiqəsinin məlumatlarını daxil etməklə həmin şəxsin COVID-19 pasportunun olub-olmaması yoxlanılacaq. Əgər vətəndaşın COVID-19 pasportu yoxdursa, o, Nazirlər Kabinetinin müəyyən etdiyi məkanlara buraxılmayacaq.

Qeyd edək ki, sentyabrın 1-dən yaşı 18-dən yuxarı olan şəxslər ictimai iaşə müəssisələrində, mehmanxanalarda və iri ticarət mərkəzlərində qapalı məkanda göstərilən xidmətlərdən yalnız COVID-19 pasportu olduğu halda istifadə edə biləcəklər.