DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

Cəmiyyət

Evini tərk edən daha 6 COVID-19 xəstəsi saxlanıldı

1 dəqiqəyə oxunur

Noyabrın 24-də polis əməkdaşları tərəfindən respublika ərazisində 6 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

DİN-dən  verilən məlumata görə, polis əməkdaşları “COVİD-19” virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evləri tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evlərə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.