Fransa ölkədə koronavirus pandemiyasının dördüncü dalğasının başladığını elan edib.
Arazmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə məlumatı Fransa hökumətinin rəsmi nümayəndəsi Qabriel Attal nazirlərin toplantısından sonra paylaşıb. O bildirib ki, ölkədə epidemiyanın yayılma dinamikası sürətlənib və gündəlik 10 min yoluxmaya çatıb. Yoluxma faktının 80%-i isə “delta” ştammı ilə əlaqədardır.
Qeyd edək ki, pandemiyanın başlanğıcından Fransada 5,8 milyondan çox yoluxma halı qeydə alınıb.