DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Cəmiyyət

Ali Məhkəmənin Aparatının strukturu yenidən müəyyən ediləcək

1 dəqiqəyə oxunur

Ali Məhkəmənin Aparatının strukturu yenidən müəyyən ediləcək.

Arazmedia.az  xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün |Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunun tətbiqi” barədə imzaladığı fərmanda əksini tapıb.

Fərmana əsasən, Ali Məhkəməyə tövsiyə edilib ki, “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunla həmin Məcəlləyə Ali Məhkəmədə işlərə baxılma qaydası ilə bağlı edilmiş dəyişiklikləri nəzərə alaraq və “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 aprel tarixli 604 nömrəli Fərmanında nəzərdə tutulmuş məqsədləri rəhbər tutaraq, Ali Məhkəmənin fəaliyyətinin hüquqi, təşkilati və informasiya təminatını daha səmərəli şəkildə təşkil etmək üçün Ali Məhkəmənin Aparatının strukturunu yenidən müəyyən etsin.