DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Siyasət

Tbilisi meri İlham Əliyevə təşəkkür etdi

1 dəqiqəyə oxunur

“Bakı şəhərinə gəlmək mənim üçün həmişə xoşdur. Bakı, buranın mədəniyyəti, ənənələri, insanları məni həmişə valeh edib. Şəhər gündən-günə gözəlləşir, abadlaşır, biz bunu alqışlayırıq. Bugünkü səfər üçün bir daha təşəkkür edirəm”.

Arazmedia.az xəbər verir ki, bunu Tbilisi şəhərinin meri Kaxa Kaladze Prezident İlham Əliyevlə bugünkü görüşündə deyib.

K.Kaladze Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyi üçün dövlət başçısına təşəkkür edib:

“Gürcüstan da öz tərəfindən hər zaman Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir. Dünən qardaşlıq haqqında mühüm sənəd imzalandı. Lakin biz hər zaman qardaş olmuşuq, hər zaman bir-birimizə dost və dayaq olmuşuq.

Şəxsən mənim üçün Azərbaycan çox yaxın ölkədir, burada çoxlu dostlarım var. Mən energetika naziri olanda da buraya gəlirdim, çoxlu dostlarım var və çox şadam ki, yenə burada, Bakıdayam”.