Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-ın “ORACLE ADVISORY GROUP” təşkilatı ilə birgə keçirdiyi “exit-poll”un ilkin nəticələrini açıqlayıb. Arazmedia.az xəbər verir ki, təşkilatın nümayəndəsi George Brinbaum “exit-poll”un nəticələrini açıqlayıb. Nəticələr aşağıdakı kimidir: Hazırkı dövlət başçısı, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev – 93.9 faiz; Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının namizədi Qüdrət Həsənquliyev – 1.2 faiz; Öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc – 1.8 faiz; Böyük Quruluş Partiyasının namizədi Fazil Mustafa – 1.5 faiz; Böyük Azərbaycan Partiyasının namizədi Elşad Musayev- 0.4 faiz; Milli Cəbhə Partiyasının namizədi Razi Nurullayev – 0.9 faiz; Öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş Fuad Əliyev – 0.3. Share