DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!


Promo
Cəmiyyət

“Mediada islahatlara doğru” silsilə seminarların bağlanış mərasimi keçirildi

1 dəqiqəyə oxunur
“Mediada islahatlara doğru” silsilə seminarların bağlanış mərasimi keçirildi 14 İyul 2021

Bu gün Medianın İnkişafı Agentliyi (MEDİA) və ADA Universitetinin birgə təşkilatçılığı ilə “Media islahatlara doğru” silsilə seminarların bağlanış mərasimi keçirilib.

Arazmedia.az-ın məlumatına görə, MEDİA-nın icraçı direktoru Əhməd İsmayılov qeyd edib ki, ADA ilə layihələr davamlı olacaq: “Bizim BDU və digər universitetlərin tələbələri üçün də təlimlərimiz olacaq. Digər təlimlərimiz də nəzərdə tutulub. Məqsədimiz təcrübələri bölüşməkdir. İstər Azərbaycanda, istərsə də dünyada media sahəsində gedən proseslərlə tanış olaq və media subyektlərində bu təcrübələri bölüşək. Xahişimiz bundan ibarətdir ki, seminar iştirakçıları burada bölüşdüyümüz məsələləri çalışdıqları mediada jurnalist həmkarları ilə paylaşsınlar. Bütün jurnalistlər üçün ADA-da şərait yaratmaq çətindir. Tez nəticəyə nail olmaq üçün burada iştirak edən seminar iştirakçıları burada bölüşülən fikirləri çalışdıqları yerdə olan jurnalistlərlə bölüşsünlər”.

Daha sonra seminar iştirakçıları seminarlarla bağlı fikirlərini bölüşüblər.

Sonda seminar iştirakçılarına sertifikatlar təqdim olunub.