DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Cinayət

Bərdədə silsilə oğurluq edən şəxs saxlanıldı

1 dəqiqəyə oxunur

Bərdə Rayon Polis Şöbəsinə rayon sakinlərinin etdiyi müraciətlər əsasında keçirilən tədbirlər zamanı silsilə oğurluq edən şəxs saxlanılaraq məsuliyyətə cəlb olunub.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Arazmedia.az-a bildirilib ki, Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində silsilə oğurluq əməlləri törətməkdə şübhəli bilinən Kamran Nuriyev saxlanılıb. Araşdırmalarla müəyyən edilib ki, K.Nuriyev ötən ilin son 3 ayı ərzində müxtəlif evlərdən məişətdə istifadə olunan müxtəlif texniki avadanlıqlar oğurlayaraq vətəndaşlara maddi ziyan vurub. 

Faktla bağlı Bərdə RPŞ-də araşdırmalar davam etdirilir.