DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Siyasət

Ələt AİZ-in təməlinin qoyulması ölkə iqtisadiyyatında, xüsusilə də, qeyri-neft sektorunda yeni iqtisadi hadisədir

9 dəqiqəyə oxunur

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsini üzvü Aydın Hüseynov

Aydın müəllim, Prezident İlham Əliyev tərəfindən Ələt Azad İqtisadi Zonasının (AİZ) təməli qoyuldu. Bu layihənin ölkə iqtisadiyyatında hansı əhəmiyyəti vardır?

  • Azərbaycan iqtisadiyyatı son illər müasir inkişaf yolu ilə yeni trendlərə uyğun irəliləməkdədir. Ölkəmizdə innovativ iqtisadiyat quruculuğuna uyğun olaraq ən qabaqcıl və mükəmməl iqtisadi modellər tətbiq olunur, dünyada geniş yayılmış müasir rəqəmsal texnologiyalar sənaye cəmiyyətində geniş yayılır, iqtisadiyyatın idarəetmə prinsipləri tamamilə yeni çağırışların ahənginə uyğun nizamlanır. Sahibkarlığın inkişafının yeni modellərinin – xüsusi iqtisadi zonaların, sənaye park və məhəllələrinin, biznes inkubatorların tətbiqi sahəsində müvafiq işlər aparılır. Bu baxımdan ölkəmiz üçün yeni iqtisadi hadisə kimi qiymətləndirilə bilən Azad İqtisadi Zonaların yaradılması geniş miqyas alan iqtisadi islahatların ən mühüm tərkib hissəsi hesab edilə bilər. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda qeyri-neft sektorunun inkişafının təmin olunması, iqtisadiyyatın müxtəlif sahələrinin şaxələndirilməsi, ölkəmizin ixrac potensialının artırılması, xarici investisiyanın cəlb edilməsi, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində çox vacib layihələr icra olunmaqdadır. Bu siyasətin davamı kimi Cənab Prezident tərəfindən bu layihənin bünövrəsinin qoyulması yerli və xarici azad biznesə yeni potensial verilməsi, innovativ sənaye quruculuğuna geniş meydan yaradılması və iqtisadiyyatın şaxələndirilməsi siyasətinin yeni bir mərhələyə qədəm qoyması kimi qiymətləndirilməlidir.

  • Ələt İqtisadi Zonanın yaradılmasında əsas məqsəd qabaqcıl idarəetmə təcrübəsinə uyğun yüksək əlavə dəyərli və ixracyönümlü istehsalı təmin etməkdir. İnnovativ texnologiyalardan istifadə edərək xidmətlər göstərən investorları cəlb etmək, bu şirkətlərin Azərbaycan şirkətləri ilə əməkdaşlığının təmin olunması nəticəsində ölkə iqtisadiyyatının dinamik və dayanıqlı inkişafına töhfə vermək, həmçinin on minlərlə yeni iş yeri yaratmaq da əsas hədəflərdəndir. Ümumi sahəsi 850 hektar olacaq AİZ-in 60 hektarında layihələndirilmə artıq başa çatıb və inşaat işləri başlayıb, bütün infrastrukturun yaradılması üçün zəruri addımlar atılıb. Bu o deməkdir ki, artıq Ələt geniş sənaye zonası kimi öz qapılarını bütün investorların üzünə açıb və istehsal, emal, xidmət və digər fəaliyyətlərin həyata keçirilməsinə start veriləcək.
  • Ələt AİZ-də sərmayəçilərin geniş axınını təmin etmək üçün hansı güzəştlər və iqtisadi stimullar nəzərdə tutulub.
  • Beynəlxalq təcrübədə geniş yer alan Azad iqtisadi zonalar xüsusi rejim altında fəaliyyət göstərən ölkə ərazisinin bir hissəsidir. Hazırda dünyanın 100-dən çox ölkəsində 1000-dən artıq XİZ fəaliyyət göstərir. Onların 500-ə yaxını Asiya və Sakit Okean regionunda, 200-dən çoxu Amerika qitəsi ölkələrində, 200-dən çoxu Yaxın Şərq və Afrika ölkələrində, 100-dən çoxu isə Avropada yerləşir. Azərbaycanda azad iqtisadi zonaların yaradılması sahəsində ötən müddətdə mühüm işlər görülüb. Belə ki, ən yaxşı beynəlxalq təcrübə öyrənilib, təhlillər aparılıb və onun ölkəmizdə tətbiqi üçün ilk olaraq normativ hüquqi bazanın formalaşdırılması istiqamətində zəruri tədbirlər həyata keçirilib. Cənab Prezident tərəfindən 2019-cu ildə imzalanmış, “Ələt azad iqtisadi zonasının fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” müvafiq fərmanlara əsasən bu ərazidə iqtisadi fəaliyyətin hüquqi-texniki əsasları müəyyən edilib. Həmin sənədə əsasən, müvafiq dövlət qurumları AİZ-də biznes, vergi, gömrük, digər iqtisadi və sosial tədbirlərin hüquqi-iqtisadi mexanizmləri hazırlayıblar. Ələt AİZ-in Yol Xəritəsi müəyyən edilib. Belə ki, Ələt AİZ-də maliyyə və sığorta xidmətləri, torpaq münasibətləri, gömrük, miqrasiya, əmək münasibətləri, vergi tənzimlənməsi, notariat fəaliyyəti, müflisləşmə və iflas, rəqabət. əqli mülkiyyət, ətraf mühit və s. məsələlərlə bağlı xüsusi güzəştlər tətbiq olunacaq.

  • Ələt AİZ-də fəaliyyət göstərəcək investorlar bütün vergilərdən azad ediləcək, müxtəlif növ güzəşt və stimullardırıcı addımlar tətbiq olunacaq. Xarici ticarətdə güzəştlər (ixrac-idxal rüsumlarının azaldılması və ya ləğvi, xarici ticarət əməliyyatlarının sadələşdirilməsi), fiskal güzəştlər – müəyyən fəaliyyət növlərinin vergilər baxımından stimullaşdırılmasını nəzərdə tutulur. Bu güzəştlər vergi bazası (mənfəət və ya gəlir, əmlakın dəyəri və s.) və onun ayrı-ayrı komponentlərini (amortizasiya ayırmaları, əməkhaqqına, elmi-texni tərəqqiyə və nəqliyyata çəkilən xərclər), vergi dərəcələrinin səviyyəsini, vergilərdən daimi və ya müvəqqəti azadolmalar kimi məsələləri əhatə edə bilər. Eyni zamanda, maliyyə güzəştləri – subsidiyaların müxtəlif formalarını əhatə edir. Subsidiyalar büdcə vəsaitləri və güzəştli dövlət kreditləri hesabına – birbaşa və kommunal xidmətlərə aşağı qiymət qoymaqla, torpaq sahələrindən istifadə etmək üçün icarə haqqının azaldılması yolu ilə – dolayı formalarda verilə bilər. AİZ-də administrativ (inzibati) güzəştlər – müəssisələrin qeydiyyatdan keçirilməsi, xarici vətəndaşların ölkəyə girişi və çıxışı prosedurlarının sadələşdirilməsini nəzərdə tutulur.
    Ələt AİZ-də geniş iqtisadi spektrdə sərbəst surətdə qərar verə bilmək hüququna malik olan lokal, xüsusi bir idarəetmə sistemi mövcud olacaq. Azad Zonada fəaliyyət göstərən şəxslərə hər hansı milliləşdirmə, müsadirə tədbirləri və ya özəl mülkiyyətə aid hər hansı digər məhdudiyyət tətbiq edilə bilməz. Biznes nümayəndələrinə valyuta əməliyyatları aparmaq azadlığı veriləcək, mənşə sertifikatları üçün rüsum tələb olunmayacaq. İnvestorların, səhmdarların, Azad Zona rezidentlərinin, hüquqi şəxslərinin və onların işçilərinin, heç bir məhdudiyyət olmadan, hər hansı xarici valyuta ilə işləməyə və əməliyyatlar aparmağa hüququ vardır. AİZ-də dövlətin də hərtərəfli dəstəyi olacaq.
  • AİZ-in fəaliyyətinin Azərbaycanın qeyri-neft sektorunun inkişafında hansı təsirlərini proqnozlaşdırmaq mümkündür?
  • Bu zona əsas etibarilə indistrula cəmiyyətin, elmi texnologiaylara və dördüncü sənaye inqilabının tələblərinə əsaslanan çoxşaxəli iqtisadi layihədir və bu modelin əsas hədəfi də qeyri-neft iqtisadiyyatının inkişafına dərin töhfə verməkdir. Yerli və xarici investisiyaların ölkə iqtisadiyyatının inkişafına cəlb edilməsi, investisiya mühitinin daha da yaxşılaşdırılıması, yeni rəqabətqabiliyyətli və səmərəli istehsal və xidmət sahələrinin təşkilinin dəstəklənməsi yeni qeyri-neft siyasətinin əsas hədfələridir. Bu baxımdan AİZ Azərbaycanın neft iqtisadiyyatının gələcək inkişafında yeni nəfəsin açılması deməkdir, nefti əvəz edən genişhəcmli gəlir əldəetmə sektorunun möhkəmlənməsinin təmin edilməsidir.
  • Ələtdə 10-lar sənaye müəssisəi yaradılacaq, dünyanın ən nüfuzlu şirkətləri ilə əməkdaşlıq çərçivəsində ən son texnologiyalara əsaslanan rəqabətqabiliyyətli məhsul istehsal olunacaq. Bu layihələrin icrası sayəsində qeyr-neft sektorunun əsas aparıcı bölməsinə çevrilməklə, qeyri-neft məhsullarının ixrac imkanlarının genişlənməsinə dərin töhfə verəcək. Azərbaycana böyük iqtisadi dividendlər, qeyri-neft valyitasının axını təmin olunacaq. Onu da nəzərə almaq lazımdır ki, Ələt Azərbaycanın ən mühüm strateji tranzit nöqtələrindən birinə çevrilməkdədir və bu baxımdan AİZ Azərbaycanın Cənubi Qafqazda sürətli inkişafını böyüdəcək və ölkəmizin regionda mövqelərini daha da gücləndirəcək, Şərq-Qərb və Şimal-Cənub tranzit-nəqliyyat dəhlizlərində mühüm rolu olan respublikamızın strateji əhəmiyyətini daha da artıracaq. AİZ-in təşkili dövlət gəlirlərinin və büdcəyə daxil olan vəsaitin artmasına, yeni investisiyaların cəlb edilməsinə şərait yaradacaq. Ələt AİZ, Qaradağ rayonunun sosial-iqtisadi inkişafına da dərin töhfə verəcək.
  • Aydın müəllim, AİZ-in coğrafi – ərazi baxımından Ələtdə yerləşməsinin səbəbini necə izah edərdiniz?
  • AİZ-in yerinin Ələtdə seçilməsi də təsadüfi deyil. Ələtin yerləşdiyi Qaradağ rayonu hazırda Azərbaycanın ən strateji logistika-nəqliyyat mərkəzlərindən biri hesab edilir və coğrafi baxımdan tranzitlərin qovşağıdır. Bu ərazi respublikanın ərazisindən keçən avtomobil və dəmir yollarının kəsişməsində yerləşir. Eyni zamanda, Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin işə düşməsi bu ərazinin gələcəkdə çox böyük bir iqtisadi məkana çevrilməsi üçün zəmin yaradır. Bura su yollarının da əlavə olunmasından sonra həmin ərazinin geniş potensial ixrac imkanlarına malik beynəlxalq nəqliyyat qovşağına çevrilməsi üçün zəmin yaranır. Ələt həm də Qaradağın coğrafi baxımdan əlverişli və ərazisində böyük boş torpaq sahələrinin olmasına görə, fərqlənir. Bu torpaq sahələrinin mütləq əksəriyyəti kənd təsərrüfatı üçün yararsız torpaqlardır. Digər tərəfdən, Ələt qəsəbəsi Bakı şəhərinə yaxındır. Bu da vacib şərtlərdən biridir. İnfrastruktur layihələrinin icrası üçün artıq bütün ilkin şərtlər vardır. Səngəçalda 300 meqavat gücündə elektrik stansiyası mövcuddur və infrastruktur layihələrinə qoyulan xərclər də nisbətən az olacaq. Burada Beynəlxalq Dəniz Limanı yerləşir. Bu da iqtisadi zonanın fəaliyyəti üçün önəmli amillərdən biridir. Bu ərazidə beynəlxalq dəhlizlər yerləşir. Şərq-Qərb dəhlizi, Şimal-Cənub dəhlizi Ələtin ərazisindən keçir. Ona görə logistika, nəqliyyat baxımından bu yer çox əlverişlidir. Bütün bu amillər Ələtin regional və beynəlxalq coğrafi statusunu formalaşdırıb. Məhz buna görə AİZ-in təşkilində ən münasib ərazi kimi Ələt seçilibdir.

  • Beləliklə, Ələt AİZ Azərbaycanın Şimal-Cənub və Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizləri üzərində yerləşməsi yeni liman üçün zəngin tranzit potensialı yaratmaqla, ölkəyə daxil olan və ölkədən çıxan, habelə tranzit yüklərin aşırılmasında strateji nəqliyyat qovşağı funksiyalarını yerinə yetirməyə imkan verərək, Xəzər dənizindən səmərəli, sürətli və təhlükəsiz bərə keçidini təmin edəcək. Şimal, Cənub, Şərq və Qərb istiqamətləri üzrə dəhlizlərin, quru, su və hava nəqliyyatı qovşaqlarının burada yerləşməsi Ələtədə böyük və genişşəbəkəli logistik zəncirin formalaşdırılmasına səbəb olacaq.