Bakıda 3-4 yaşlı uşaq diləndirilib. Arazmedia.az xəbər verir ki, bu barədə “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib. O bildirib ki, ötən gün axşam saatlarında 3-4 yaşlarında uşaq diləndirilərkən aşkarlanıb: “Azyaşlı küçələrin birində aşkarlanıb. O, polis əməkdaşları tərəfindən sığınacağına yerləşdirilib”. K.Ağazadə uşaqların diləndirilməsi hallarına son qoyulması ilə aidiyyəti qurumlara çağırış edib. Share