Bakıda 3-4 yaşlı uşaq diləndirilib.
Arazmedia.az xəbər verir ki, bu barədə “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib.
O bildirib ki, ötən gün axşam saatlarında 3-4 yaşlarında uşaq diləndirilərkən aşkarlanıb:
“Azyaşlı küçələrin birində aşkarlanıb. O, polis əməkdaşları tərəfindən sığınacağına yerləşdirilib”.
K.Ağazadə uşaqların diləndirilməsi hallarına son qoyulması ilə aidiyyəti qurumlara çağırış edib.