Prezident İlham Əliyev Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb. Arazmedia.az-ın məlumatına görə, sərəncamda deyilir: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin aşağıdakı zabitlərinə polis general-mayoru ali xüsusi rütbəsi verilsin: polis polkovniki Əlaslan Qaçay oğlu Ağayevə polis polkovniki İslam Möhsüm oğlu Hümbətova polis polkovniki Əkbər Məcid oğlu İsmayılova polis polkovniki Əbülfət Əhəd oğlu Rzayevə. Share