DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Dünya

“Ermənistan tarixində belə bir seçki prosesi pozuntusu olmayıb”- Paşinyana qarşı ittihamlar

1 dəqiqəyə oxunur

Ermənistan Mərkəzi Seçki Komissiyası “Vətəndaş müqaviləsi” partiyasına və Nikol Paşinyana Sükut gününü pozduğuna görə xəbərdarlıq edib.


Arazmedia.Az
xəbər verir ki, bu barədə “Ermənistan” blokunun bəyanatında deyilir. Qeyd edilir ki, Paşinyanın tərəfdarları dünəndən bəri “Ermənistan” bloku liderlərinə ünvanlanan təhqiramiz və nifrət dolu materialları müxtəlif yerlərdə yayırlar.

“Əldə etdiyimiz məlumata görə, bu biabırçı prosesi gedən hökumətin icazəsi ilə Soros təşkilatları təşkil edib. Üstəlik, “Respublika” partiyasının afişaları açıq şəkildə qanun pozuntuları ilə yerləşdirilib.

Ermənistan tarixində belə bir seçki prosesi pozuntusu olmayıb, bütün beynəlxalq müşahidə missiyalarının diqqətini bu davam edən pozuntulara yönəldirik.

Ermənistan polisini bir neçə saat ərzində “Ermənistan” blokunun liderlərinə ünvanlanan təhqiramiz və nifrət dolu materialların təşkilatşılarını müəyyənləşdirməyə çağırırıq. Əks təqdirdə, bu prosesi hökumətin təşkil etdiyini və istiqamətləndirildiyini düşünəcəyik ”.