Xəbər verdiyimiz kimi, iyunun 15-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Füzuli rayonu və Şuşa şəhərinə səfər edib.
Arazmedia.Az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti və xanımı Əminə Ərdoğanı Füzuli rayonuna səfəri zamanı aralarında maraqlı dialoq baş tutub.
Belə ki, ölkə başçısı İlham Əliyevin “Füzuli rayonunun minalanmış ərazilərin hamısının xəritələrini alsaq, o bizə böyük üstünlük verəcək. Çünki olmasa, bu, bəlkə də on il çəkər. Çünki hər tərəfi minalamışlar” sözünə, Əminə Ərdoğan “Başqa əsir varmı?” sualını verib.
Prezident İlham Əliyev isə “Var, var”, -deyə cavablandırıb.