DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
İdman

“Qarabağ” “Arsenal”la qarşılaşacaq

1 dəqiqəyə oxunur

Azərbaycanı bu il Konfrans Liqasında təmsil edəcək “Qarabağ” təlim-məşq toplanışını davam etdirir.

Arazmedia.Az-ın məlumatına görə, hazırlığın ikinci mərhələsi üçün Avstriyaya yollanacaq Ağdam təmsilçisinin yoxlama görüşündə üz-üzə gələcəyi rəqiblərdən biri müəyyənləşib.

Qurban Qurbanov yetirmələrini Rusiya klubu “Arsenal”la görüşdə sınayacaq. Bu barədə Tula təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb. Bildirilib ki, Avstriya toplanışı çərçivəsində 5 yoxlama görüşü keçirəcək Dmitri Parfyonovun kollektivi üçüncü sınağını “Qarabağ”a qarşı verəcək. Həmin qarşılaşmanın iyulun 11-də baş tutması planlaşdırılır.

Qeyd edək ki, “Qarabağ” Konfrans Liqasında mübarizəyə II təsnifat mərhələsindən başlayacaq.