DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Siyasət

Yevlaxda 15 iyun Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib

2 dəqiqəyə oxunur

Yevlax Şəhər İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının birgə təşkilatçılığı ilə 15 iyun-Milli Qurtuluş Gününə həsr olunmuş tədbiri YAP Yevlax rayon təşkilatının sədri İlham Məmmədov açaraq qeyd etdi ki, 15 iyun – Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim günü deyil.

Böyük ictimai-siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyini qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Heydər Əliyevdir. Odur ki, qədir bilən xalqımız böyük xilaskarın xidmətlərini unutmur və yeni əsrin yeni lideri İlham Əliyev kimi bir rəhbəri yetişdirdiyi üçün Ulu öndər Heydər Əliyevi böyük minnətdarlıqla xatırlayır və dəyərləndirir.

Sonra tədbirdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini Elnarə Əzizova, Şəhər Təhsil Şöbəsinin müdiri Namidə Abbasova, Ulu öndərlə dəfələrlə görüşmüş «Kür» qəzetinin baş redaktoru Əminə Yusifqızı öz çııxışlarında Heydər Əliyevin yenilməz iradəsi, uzaqgörənliyi barədə ətraflı danışdılar və Ulu öndəri müstəqilliyimizin təminatçısı, dövlətçiliyimizin memarı kimi qiymətləndirərək, onun siyasi varisi cənab Prezidentin uğurlu xarici və daxili siyasətindən, Milli Ordumuzun rəşadətli Qələbəsindən ətraflı söz açdılar.
Milli Qurtuluş Gününə həsr olunmuş müsabiqə iştirakçıları, Uşaq Gənclər İdman Şahmat məktəbinin şahmatçıları, Uşaq Gənclər İnkişaf Mərkəzinin bacarıqlı əllər, rəqs, rəsm, dərnəyinin üzvləri öz istedad və bacarıqlarını nümayiş etdirdilər.
Müsabiqə qalibləri Yeni Azərbaycan Pratiyası Yevlax rayon təşkilatının fəxri fərmanı və qiymətli hədiyyələri ilə təltif olundular.
Şəhər Mədəniyyət Mərkəzinin solistləri Rəşad Hüseynovun və Xan Quliyevin, Uşaq Gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərinin ifasında Ulu öndərə, Azərbaycana həsr olunmuş mahnılar və rəqslər tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılandı.