Türkiyəli aktrisa Fahriyə Evcen ötən gün restorandan çıxarkən görüntülənib.
Arazmedia.Az xəbər verir ki, aktrisa “Masumlar apartmanı” serialında rol alması ilə bağlı çıxan xəbərlərə aydınlıq gətirib:
“Elə bir şey yoxdur, yalan xəbərdir. Haradan belə bir şayiə yayıldı, biz də bilmədik”.
Qeyd edək ki, Fahriyənin seriala vida edən Farah Zeynəb Abdullahın yerinə gəldiyi bildirilmişdi.