DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!


Promo
Cəmiyyət

Müəllimlərin işə qəbul imtahanı bərpa OLUNUR

1 dəqiqəyə oxunur
Müəllimlərin işə qəbul imtahanı bərpa OLUNUR 10 İyun 2021

“Yay ərzində müəllimlərin işə qəbulu imtahanını keçirməyi düşünürük”.

Arazmedia.Az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev “Facebook” hesabında canlı yayım zamanı deyib. O bildirib ki, 13 imtahan mərkəzi olmaqla, 12 bölgədə – Bakı, Sumqayıt, Abşeron, Quba, Masallı, Gəncə, Mingəçevir, Şirvan, Kürdəmir, Ağcabədi, Şamaxı və Balakəndə müəllimlərin işə qəbul imtahanı keçiriləcək.

“Müəllimlərin işə qəbulu rəqabətli müsabiqədir. Təxminən hər il 51 min namizəd müsabiqəyə qoşulur və 7-9 min işlə təmin olunur. İşlə təmin olunmayanların sayı çox olduğu üçün narazılıq ola bilər. Lakin bilikli və bacarıqlı şəxslərin işə götürülməsi əsas məqsəddir”.