DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!


Promo
İdman

Şahmatçılarımız növbəti turda heç-heçə etdilər

1 dəqiqəyə oxunur
Şahmatçılarımız növbəti turda heç-heçə etdilər 06 İyun 2021

İyunun 6-da “Grand Chess Tour” şahmat seriyasının birinci mərhələsinin ikinci turunun oyunları keçirilib.

Arazmedia.Az xəbər verir ki, Rumıniyada keçirilən turnirdə Azərbaycanı Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov təmsil edirlər. İkinci turda Şəhriyar Məmmədyarov rusiyalı Aleksandr Qrişuk, Teymur Rəcəbov niderlandlı Aniş Giri ilə heç-heçə ediblər. Qeyd edək ki, şahmatçılarımızın birinci turda qarşılaşmaları da heç-heçə ilə başa çatıb.

Turun digər oyunlarında Rumıniya təmsilçiləri Boqdan-Daniel Dyak fransalı Maksim Vaşye-Laqrava qalib gəlib, Konstantin Lupulesku isə Fabiano Karuanaya uduzub. Uesli So ilə ermənistanlı Levon Aronyan görüşü isə heç-heçə ilə başa çatıb.

Seriya ümumilikdə beş mərhələdən və böyük finaldan ibarət olacaq.