DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
İdman

“Formula 1” üzrə Azərbaycan Qran-prisi dayandı – qəzaya görə (YENİLƏNİB)

1 dəqiqəyə oxunur

“Formula 1” üzrə Azərbaycan Qran-prisində daha bir qəza baş verib.

Arazmedia.Az-ın məlumatına görə, bu dəfə “Mclaren” komandasının pilotu Daniel Rikkardo sıralama turunda uğursuzluqla üzləşib.

O, təhlükəsizlik maneəsinə çırpılıb. Nəticədə qırmızı bayraq qaldırılıb və yarış üçüncü dəfə müvəqqəti dayanmalı olub.

Qeyd edək ki, Azərbaycan Qran-prisi iyunun 6-da başa çatacaq.

16:24

“Formula 1” üzrə Azərbaycan Qran-prisində növbəti qəza baş verib.

Unikal.org “Report”a istinadən x əbər verir ki, məlumatına görə, “Alfa Romeo” pilotu Antonio Covinatsi sıralama turunda qəza törədib.

O, bolidin idarəetməsini itirib. Nəticədə qırmızı bayraq qaldırılıb və yarış ikinci dəfə müvəqqəti dayanmalı olub.

Covinatsi həmkarı Stroll kimi yarışa davam edə bilməyib.

Qeyd edək ki, Azərbaycan Qran-prisi iyunun 6-da başa çatacaq.

16:09

“Formula 1” üzrə Azərbaycan Qran-prisində növbəti qəza baş verib.

“Report”un məlumatına görə, “Aston Martin”in pilotu Lens Stroll sıralama turunun 15-ci döngəsində təhlükəsizlik maneəsinə çırpılıb.

Daha sonra onun təkərində problem aşkarlanıb və qırmızı bayraq qaldırılıb. Nəticədə yarış müvəqqəti dayanmalı olub.

Qeyd edək ki, Azərbaycan Qran-prisi iyunun 6-da başa çatacaq.