DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!


Promo
Dünya

Əfqanıstan təhlükəsizlik qüvvələrinin yanlış hava zərbələri nəticəsində 12 nəfər öldü

1 dəqiqəyə oxunur
Əfqanıstan təhlükəsizlik qüvvələrinin yanlış hava zərbələri nəticəsində 12 nəfər öldü 05 İyun 2021

Əfqanıstan təhlükəsizlik qüvvələrinin yanlış hava zərbələri 12 nəfərin ölümünə səbəb olub.

Arazmedia.Az “TOLO News”a istinadən xəbər verir ki, hadisə ölkənin Bədəxşan vilayətinin şimal şərqinə baş verib.

Bildirilir ki, həlak olanlar “Taliban”a qarşı mübarizədə hökumətə dəstək verən ictimai qruplaşmanın üzvləridir. Ölənlərin arasında qruplaşmanın komandiri də var.

Yerli mənbələrin verdiyi məlumata görə, qruplaşmanın 8 üzvü itkin sayılır.