DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!


Promo
İdman

“Fənərbağça” “Barselona”nın hücumçşusunu transfer etmək istəyir

1 dəqiqəyə oxunur
"Fənərbağça" "Barselona"nın hücumçşusunu transfer etmək istəyir 05 İyun 2021

Baş məşqçi axtarışında olan “Fənərbağça” gələn mövsüm üçün transferlərə də davam edir.

Arazmedia.Az “Aspor”a istinadən xəbər verir ki, bir neçə gün ğncə baş tutan mətbuat konfransında klubun prezidenti Ali Koç ən azı 5 transfer həyata keçirəcəklərini açıqlamışdı: “Bir mərkəz müdafiəçisi, 1 vinger, 1 forvard və ola bilsin ki, sağ və sol cinah müdafiəçiləri. Ən azından bu transferlər baş tutacaq”.

Son iddialara görə, “sarı-lacivərtlər” “Barselona”nın “9” nömrəli futbolçusu Martin Breytveyt ilə yaxından maraqlanır. Klubun icarə əsasında 30 yaşlı forvardı komandaya gətirmək üçün Kataloniya təmsilçisi ilə əlaqəyə keçdiyi bildirilir.

Danimarkalı futbolçu ilə yanaşı Vedat Muriqini də gətirmək istəyən “Fənərbağça”, Samatta, Sisse, Tiam ve Ademi ilə yollarını ayırmağı düşünür.