DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
İdman

Boksçumuz Avropa Olimpiya Təsnifat Turnirində 1/4 finala yüksəldi

1 dəqiqəyə oxunur

Azərbaycan boksçusu Məhəmməd Abdullayev Avropa Olimpiya Təsnifat Turnirində mübarizəyə başlayıb.

Arazmedia.Az-ın məlumatına görə, +91 kq çəki dərəcəsində yarışan idmançı Olimpiadaya vəsiqə uğrunda ilk döyüşünə çıxıb.

Azərbaycan millisi Tokio-2020-yə daha bir lisenziya qazanıb
Tokio Olimpiadasında iştirak edəcək Azərbaycan idmançıları peyvənd olunacaq

Milli üzvü Fransanın paytaxtı Parisdə təşkil olunan yarışda Adam Kuliklə (Ukrayna) gücünü yoxlayıb. 1/8 final çərçivəsində baş tutan görüş 5:0 (30:27, 30:25, 30:27, 30:26, 30:26) hesabı ilə Abdullayevin xeyrinə bitib.

O, 1/4 finalda ukraynalı Tsotne Roqava ilə üz-üzə gələcək. Döyüş sabah keçiriləcək. İdmançımız yarımfinala yüksələcəyi halda Tokio Yay Olimpiya Oyunlarına vəsiqə əldə edəcək.

Qeyd edək ki, bu gün daha bir boksçumuz rinqə çıxacaq.