Avropa Liqası: “Fənərbağça” Belçika klubuna, “Beşiktaş” Niderland nəhənginə qarşı
1 dəqiqəyə oxunur
Share
Bu gün UEFA Avropa Liqasının əsas mərhələsində ilk tura yekun vurulacaq.
Arazmedia.az xəbər verir ki, son oyun günündə də 9 qarşılaşma keçiriləcək.
Türkiyənin daha 2 təmsilçisi turnirin Liqa mərhələsində mübarizəyə başlayacaq. “Fənərbağça” İstanbulda Belçikanın “Union” komandasını qəbul edəcək. Görüş Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.
“Beşiktaş” isə Niderlandda “Ayaks”ın qonağı olacaq. Oyun Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.