İranın şimalında yerləşən Simnan vilayətində yük qatarı aşıb.
Arazmedia.az xəbər verir ki, bunu İranın Simnan Qırmızı Aypara Cəmiyyətinin sədri Müzəffər Məhəmmədxani jurnalistlərə açıqlamasında deyib.
M.Məhəmmədxaninin sözlərinə görə, Aradan-Sorxə arasında qatar relsdən çıxıb. Nəticədə maşinist və iki köməkçisi yaralanıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Məhəmmədxani deyib ki, hadisəyə səbəb qatardakı texniki nasazlıq olub.
Faktla bağlı araşdırma aparılır.