İranın Sistan və Bəluçistan əyalətində zəlzələ baş verib.
Arazmedia.az-ın məlumatına görə, yeraltı təkanlar günün ikinci yarısında əyalətin Fanuj şəhərində qeydə alınıb.
4.7 bal gücündə qeydə alınan zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə hələlik məlumat verilməyib.