Gürcüstanda ötən sutkada koronavirusa 964 yeni yoluxma halı təsdiqlənib, 607 nəfər sağalaraq evə buraxılıb.
Arazmedia.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Son 24 saat ərzində daha 8 nəfər vəfat edib.
Hazırkı dövrədək qonşu ölkədə COVID-19-a 368 022 nəfər yoluxub, onların 353 231-i sağalıb, 5 335-i ölüb.