DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Hadisə

Lənkəranda xadiməni elektrik cərəyanı vuraraq ÖLDÜRDÜ

1 dəqiqəyə oxunur

Lənkəran rayonunda bədbəxt hadisə baş verib.

Arazmedia.Az xəbər verir ki, Lənkəran Şəhər Mənzil-Kommunal Təsərrüfatı İdarəsində müqavilə əsasında xadimə işləyən Kifayət Bayram qızı Quliyevanı elektrik cərəyanı vurub.

Hadisə Zərifə Əliyeva küçəsi 75/1-2 ünvanında yerləşən yaşayış binasının həyətindəki 1600 kVt-lıq elektrik yarımstansiyasında qeydə alınıb.

Məlumata görə, Lənkəran şəhər sakini, 1966-cı il təvəllüdlü Kifayət Quliyeva paltarını dəyişmək üçün yarımstansiyaya daxil olub və bu zamanı onu elektrik cərəyanı vurub.

Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.(report.az)