Araz Media (Arazmedia.az) xəbər portalında dərc edilmiş, “Cəlilabad polisi nə üçün Qazilərimizi döyənləri həbs etmir?!.” başlıqlı məqaləmizə Daxili İşlər Nazirliyindən rəsmi cavab verilib. Həmin məlumatı olduğu kimi oxucularımıza təqdim edirik
“Cəlilabad polisi nə üçün Qazilərimizi döyənləri həbs etmir?!. sərlövhəli yazı ilə bağlı bildiririk ki, faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsinin istintaq bölməsində araşdırma aparılır. Həmin şəxs və ya şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev
Arazmedia.az