Avropa çempionatları tarixinin ikinci ən sürətli qolu vurulub.
Arazmedia.Az xəbər verir ki, bu, AVRO-2020-nin B qrupunda II turun Danimarka – Belçika matçına təsadüf edib. 1 dəqiqə 39-cu saniyəyə qeydə alınmış qolun müəllifi danimarkalı hücumçu Yussuf Poulsen olub.
Qeyd edək ki, ən sürətli qolun müəllifi isə AVRO-2004-də Yunanıstanla qarşılaşmada 65-ci dəqiqədə fərqlənmiş Rusiya millisinin hücumçusu Dmitri Kiriçenkodur.