Pakistanın Bəlucistan əyalətində terrorçularla təhlükəsizlik qüvvələri arasında qarşıdurma yaşanıb. Arazmedia.Az xəbər verir ki, bu barədə Pakistan Silahlı Qüvvələri məlumat yayıb. Bildirilib ki, qarşıdurma zamanı bir əsgər şəhid olub, 2 terrorçu zərərsizləşdirilib. Qeyd edək ki, terrorçuların hansı təşkilata mənsub olduğu barədə məlumat verilməyib. Share