DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!


Promo
Cəmiyyət

Ali məktəblərə qəbul imtahanlarının tarixləri AÇIQLANDI

1 dəqiqəyə oxunur
Ali məktəblərə qəbul imtahanlarının tarixləri AÇIQLANDI 11 İyun 2021

Ali təhsil müəssisələrinə qəbul imtahanlarının tarixləri elan olunub.

Bu barədə  Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının II mərhələsi, əvvəlki illərin məzunları üçün qəbul imtahanlarının I və II mərhələsi, əlavə tədris və xarici dil imtahanlarının aşağıdakı qrafikə uyğun keçirilməsi planlaşdırılır.

Ali təhsil müəssisələrinə qəbul imtahanlarının 2-ci mərhələsinin 2-ci cəhdinin keçirilib-keçirilməməsi haqqında avqust ayında respublikada mövcud olacaq sanitar-epidemioloji vəziyyətə uyğun olaraq qərar veriləcək.